skip to Main Content
Ayaqqabılar Və Genişlənmiş Damarlar

Ayaqqabılar və genişlənmiş damarlar

Ayaqqabılar ayaqların sağlamlığına təsir edə bilərmi?

Bu məsələni daha ətraflı nəzərdən keçirək. Ayaqqabılar həm qadınların, həm də kişilərin gündəlik həyatında geyimlərinin mühüm tərkib hissəsidir. Çox hallarda qadın ayaqqabıları idman ayaqqabısı, çəkmə və bir çox digər müxtəlif ayaqqabı növlərini əhatə edir. Ayaqqabı tipinə görə, dabanın hündürlüyü dəyişir. Məlum olduğu kimi qadınlar damar xəstəliklərinin inkişafına daha çox meyilli olurlar. Bunun bir neçə əsas səbəbi vardır. Əsas səbəb kimi hamiləliyin və menopauza zamanı bir qadının hormonal fonunda dəyişikliklər hesab edilə bilər. Üstəlik, bəzi qadınlar hər gün hündür daban ayaqqabıları geyinməyi üstün tuturlar. Belə bir vərdiş ayaqların sağlamlığına çox mənfi təsir göstərə bilər. Hər şeydən əvvəl, bu, ayaqların əzələlərinin gərginləşməsi və sümük-oynaq sistemində yükün artması ilə əlaqədar olur. Ayaqqabılar demək olar ki, bütün gün qadınların corabla gəzmək məcburiyyətində qalmasına səbəb olur. İkincisi, hündür dabanlı ayaqqabı damar çatışmazlığının inkişafı üçün təkan verici bir faktordur. Damar çatışmazlığı isə aşağı ətraf varikoz genişlənmiş damarların təzahürlərindən biridir. Hündürdaban ayaqqabılarla yanaşı, bir qadın sıx, dar ayaqqabıları və paltarları üstün tutarsa, varikoz xəstəliyinin inkişaf riski kəskin şəkildə artmış olur.

Düzgün ayaqqabı necə seçmək olar?

Fleboloqların əsas məsləhətləri daha az hündür dabanlı ayaqqabılardan istifadə etməkdir. Optimal daban ölçüsü 2-4 sm olmalıdır. Ayaqqabıların seçimi baxımından kişilərdə daban hündürlüyü normaldır. Bu seçimlər kişiləri varikoz damarların inkişaf etməsində qoruyur. Statistikaya əsasən, kişilər bu xəstəlikdən qadınlara nisbətən daha az əziyyət çəkirlər. Amma bu onlarda da ayaqqabı seçiminin vacib olmaması demək deyildir. Ayaqların sağlamlığını qorumaq və damar genişlənməsinin qarşısını almaq üçün təbii materiallardan hazırlanan rahat, keyfiyyətli ayaqqabıları seçmək lazımdır. Həkim-floboloqlar nəfəs ala biləcək materiallardan hazırlanmış ayaqqabıları çox sıx olmamaq şərtiylə təklif edirlər.

Günortadan sonra ayaqqabı almaq üçün ən yaxşı seçim vaxtıdır. Bu, axşam saatlarında ayaqların şişməsi səbəbi ilə bağlıdır. Xüsusilə bu məsləhət, hər hansı bir xroniki xəstəlikdən əziyyət çəkən, şişkinlik kimi fəsadı olanlara aiddir. Kişilərin isə iplə olan ayaqqabıları seçməsi daha yaxşıdır. Belə ki, şişkinlik varsa, belə olduqda ayaqqabının üstünü boşaltmaq mümkün olur.

SUALLARINIZI HƏKİMLƏRİMİZDƏN SORUŞUN

Back To Top