skip to Main Content
Varikoz Damarların Ilk Simptomları

Varikoz damarların ilk simptomları

Bir çox insanlar həyatlarıının müəyyən dövlərində varikozun əlamətləri ilə tanış olurlar. Bu xəstəliyin böyük ölçüdə yayılması ilə əlaqədar demək olar ki, bütün insanlar bu xəstəlik haqqında məlumatlıdırlar. Amma insanların çoxundan varikoz xəstəliyinin klinik cəhətdən necə göründüyü barədə soruşsalar, çoxlarının cavabı tam da doğru olmayacaqdır. Nəzərə alsaq ki, əksər şəxslər varikoz damarları ayaqların səthində görünən geniş damarlar kimi təsvir edir. Lakin bu, sadəcə qismən belədir. Varikoz xəstəliyi aşağı ətraflarda damar divarının elastikliyini itirməsidir. Amma əslində, damar “ulduzcuqları” və ayaqların üzərində böyük damarlar görünməzdən də əvvəl, bu xəstəlik özünü göstərə bilir.

Varikoz xəstəliyinin ilkin əlamətləri hansılardır?

Varikozun əlamətləri arasında yorğunluq və ayaqlarda ağırlıq hissi kimi klinik əlamətlər vardır. Onların görünüşü aşağı ətraflarda qan axının gecikməsi ilə bağlıdır. Yəni damarlar artıq genişlənmə prosesinin patoloji mərhələsinə məruz qalmışdır, amma hələ də funksiyalarını yerinə yetirə bilirlər. Sağlam insanlarda qan, damarlardan ürəyə doğru axın edir. Lakin genişlənmiş damarların inkişafı ilə qan tamamilə ürəyə doğru axmır. Və təəssüf ki, simptomlar (ayaqlardakı yorğunluq və ağırlıq) insanlar tərəfindən adətən kifayət qədər ciddi qəbul edilmir. Bunun səbəbi ayaqlarda yorğunluğun ağır bir günün ardından və ya idmanla məşğul olduqdan sonra sağlam bir insanda da görülə bilməsidir. Üstəlik, varikoz ilə ilk mərhələdə yorğunluq yalnız günün ikinci yarısında görünsə də, səhər vaxtı nə yorğunluq, nə də ağırlıq hissi olmur. Bu baxımdan xəstəliyinin ilkin klinik əlamətləri ən çox diqqətdən kənarda qalmış olur. Genişlənmiş damarların inkişafı dövründə müalicəyə başlamaqla müvəffəqiyyətli bərpa ehtimalı daha çox yüksəkdir.

Varikoz xəstəliyinin növbəti təzahürləri ayaqlarda şişkinlik və krampların görünüşü hesab edilə bilər. Ayaqların şişməsi tez-tez axşam saatlarında görünür və səhər öz-özünə keçib gedir. Ayağın şişməsi, aşağı ətraflarda qan dövranın pozulması ilə əlaqədardır. Bir insanda əzələlərinin rahat bir vəziyyətdə olması gecə görünür. Yalnız bütün bu klinik əlamətlər göründükdən sonra genişlənmiş damarlar və kapilyarlar ayaqlarda görünməyə başlayır.

Varikozun əlamətləri müşahidə olunduğu zaman nə edilməlidir?

Ayaqlarda yorğunluq, ağırlıq, şişkinlik olarsa, mütləq bir fleboloqa müraciət etməyi gecikdirmək olmaz. Varikoz sadəcə kosmetik bir problem deyildir, eləcə də nə qədər tez müalicə başlanarsa, o qədər effektiv nəticə əldə etmək olar.

SUALLARINIZI HƏKİMLƏRİMİZDƏN SORUŞUN

Back To Top