skip to Main Content
Retikulyar Varikoz Nədir?

Retikulyar varikoz nədir?

Retikulyar varikoz nədir?

Retikulyar varikoz damarlar aşağı ətrafın genişlənmiş damarlarının inkişaf mərhələsidir. Pasiyent tərəfdən baxıldıqda isə, retikulyar varikoz damarlar dəridə qırmızı və ya bənövşəyi rəngli bir damar şəbəkəsidir. Bu cür quruluşlar tez-tez bir ulduzun formasını alırlar. Bu baxımdan insanlarda retikulyar varikoz “damar ulduzcuqları” adlandırılır. Tibbi baxımdan retikulyar varikoz damarlar genişlənmiş kapilyarlar və kiçik damarlardır. Başqa sözlə, bunlar damar divarının zəifliyinin ilk təzahürü hesab edilirlər. Damarların divarları nazik olur və elastikliyini itirir. Damarlar tədricən genişlənir və aşağı ətrafların dərisinin səthində görünməyə başlayır.

Ümumi götürdükdə isə, genişlənmiş kapilyar və kiçik damarlar aşağı ətraflarda qan axınına əhəmiyyətli dərəcədə təsir edə bilmir. Lakin varikoz genişlənmiş damarların inkişaf mərhələsinə diqqət edilməzsə, aşağıdakı bir çox müxtəlif fəsadların yaranmasına səbəb ola bilər. Məsələn, kiçik damarlar və kapilyarlar deyil, böyük damarlar da genişlənməyə məruz qala bilər. Ayaqlarda olan böyük damarların genişlənməsi aşağı ətraflarda qan dövranını əhəmiyyətli dərəcədə pisləşdirə bilir. Ayaqlarda qan dövranının pozulması varsa, varikoz genişlənmiş damarların simptomları inkişaf edəcəkdir. Ağrı, yorğunluq və ağırlıq hissi var ki, ayaqlarda qan axınının pozulmasından xəbər verir.

Retikulyar varikoz damarların müalicəsi necə aparılır?

Retikulyar varikoz damarları müalicə etmək asandır. Bütün dünyada “damar ulduzcuqları” ilə mübarizənin əsas üsullarından biri “Skleroterapiya” prosedurudur. Bu metod kiçik genişlənmiş damarları və kapilyarları aradan götürmək üçün təhlükəsiz, müasir müalicə üsuludur. Skleroterapiya fleboloq tərəfindən həyata keçirilir. Bu metod bir neçə növə bölünür. Ən çox istifadə olunan klassik və köpük Skleroterapiya prosedurlarıdır. Adından aydın olduğu kimi bu növlər arasındakı fərq istifadə olunan dərmanlardır.

Tez-tez fleboloqlar arasında köpük Skleroterapiya proseduru ön plana çıxır. Bunun birinci səbəbi dərmanın köpük şəklində istifadə olunmasının klassik versiyaya nisbətən daha təsirli olmasıdır. İkincisi, köpük Skleroterapiya proseduru tətbiq olunan dərman miqdarını azalda bilər. Bu, köpük terapiyasında dərmanın hava ilə qarışdırılmasından irəli gəlir. Bu yanaşma dərmanın aşağı dozada bədənə tətbiq olunmasına gətirib çıxarır, amma təsiri azalmış olmur. Həmçinin, köpük Skleroterapiyası zamanı fəsadların və allergik reaksiyaların riski azalır. Müalicəyə başlamaqla qısa zamanda müvəffəqiyyətli nəticə əldə olunur.

SUALLARINIZI HƏKİMLƏRİMİZDƏN SORUŞUN

Back To Top