Şəkər xəstəliyi zamanı varikoz genişlənmiş damarlar
Aşağı ətrafın varikoz damarları və şəkər xəstəliyi diqqətdə saxlanılmazsa, son dərəcə təhlükəli xəstəliklər hesab edilir. Bu xəstəliklər zaman keçdikcə inkişaf edə və bir neçə il ərzində ciddi fəsadlara səbəb ola biləcək mərhələlərə çata bilirlər. Varikoz genişlənmiş damarlara əlavə olaraq, pasiyentdə hər hansı bir xroniki xəstəlik varsa, onda varikoz daha sürətli inkişaf edəcəkdir. Bu xüsusilə qan dövranının pozulması ilə əlaqədar olan xəstəliklər üçün də çox vacibdir. Belə xəstəliklərə şəkərli diabet daxildir.
Şəkər xəstəliyi və varikoz
Məlum olduğu kimi şəkərli diabet iki növdür. Birinci və ikinci növ şəkərli diabet damar divarının dəyişməsinə gətirib çıxarır. Diabet inkişafının sonrakı mərhələlərində ayaq dərisində yaralar yarana bilər. Eyni zamanda şəkər xəstəliyi üçün xarakterik yaraları müalicə etmək də çox çətindir və uzun müddət sağalmırlar. Varikoz xəstəliyi də həçinin aşağı ətraflarda yaralara səbəb ola bilər. Varikoz ayaqlardan ürəyə qan axınının pozulması ilə əlaqədar bir xəstəlikdir.
Ayaqlarda olan trofiki yaralar
Bu baxımdan, eyni zamanda aşağı ətraflarda diabet və varikoz genişlənmiş damarların olması ilə birlikdə, trofik yaraların yaranmasının yüksək riski vardır. Trofik yaralara sahib olma ehtimalı ilə özünü qorumaq üçün vaxtında xroniki xəstəliklərin müalicəsinə başlamaq lazımdır. Diabetin müalicəsi endokrinoloq tərəfindən təyin edilir. Diabet üçün əsas müalicəyə əlavə olaraq, pəhriz də saxlamaq lazımdır. Pəhriz, diabetin müalicəsinin əsas istiqamətlərindən biridir. Aşağı ətraf varikoz genişlənmiş damarların diaqnozu və müalicəsi isə fleboloq tərəfindən həyata keçirilir. Həkim-fleboloq yalnız varikoz genişlənmiş damarların müalicəsi ilə deyil, həmçinin varikozun fəsadlarının qarşısının alınmasında da iştirak edir. Bu kateqoriyada trofik yaralar da vardır. Trofik yaralar varikoz genişlənmiş damarların fonunda artıq meydana gəlibsə, müalicə trofik yaralar ilə başlayır. İlk addım infeksiyanın qarşısını almaqdır. Bu tez-tez yaraya düzgün qulluq göstərmə ilə mümkün olur. Şəkərli diabetin fonunda infeksiyalı trofik yaralar son dərəcə təhlükəli bir vəziyyət sayılırlar.
İkinci mərhələ, trofik yaraların müalicəsindən sonra əsas xəstəliyin müalicəsidir. Ürək çatışmazlığının inkişafına səbəb olan xroniki xəstəliyə həm varikoz, həm də şəkərli diabet aid edilə bilər. Ümumiyyətlə, trofik yaralar ilə qarışıq olan varikoz xəstəliyi cərrahi üsullarla müalicə olunurlar. Bu, son mərhələlərdə konservativ müalicənin düzgün təsir göstərə bilməməsi ilə bağlıdır.