skip to Main Content
Həyat Tərzi Və Varikoz Xəstəliyi

Həyat tərzi və varikoz xəstəliyi

Xəstəliklərin inkişafında həyat tərzi nə rol oynaya bilər? Əslində, bu amil bir insanın vaxtını nələrə sərf etməsi ilə bağlıdır. Əlbəttə ki, müəyyən xəstəliklərin inkişafına səbəb olan bir sıra amillər vardır. Məsələn, bu cür səbəblərdən biri irsi meyillilikdir. Ancaq tövsiyələrə əməl olunarsa, hətta irsi meyilliliyin olması halında belə pasiyentdə xəstəliyin inkişaf etməsi üçün kifayət qədər az riski vardır. Aşağı ətraf varikoz genişlənmiş damarları elə bir xəstəlikdir ki, irsi meyilliliklə damar divarının nazik və elastikliyinin az olması ötürülür. Oturaq həyat tərzi və qidalanma ilə birlikdə, varikoz xəstəliyinin inkişaf riski çox böyükdür. 

Sağlam həyat tərzi üçün gəzinti mütləqdir.

Sağlam ayaqların və güclü damarların olması üçün gəzinti etmək lazımdır. Gündəlik gəzinti damar divarını gücləndirməyə, ayaqlarda qan dövranını yaxşılaşdırmağa, həmçinin qapaq aparatının iş fəaliyyətini normallaşdırmağa imkanı verir. Ayaqla gəzintinin insan sağlamlığına necə müsbət təsir göstərdiyini daha ətraflı şəkildə izah edək. Gəzinti zamanı ayaq əzələləri aktiv şəkildə işləyir. Hərəkət edən əzələlər damarların qapaq aparatının işini aktivləşdirir. Bu zaman qan axını sürətlənir, o cümlədən bu, aşağı ətraflarda yüksək həddə çatır. İnsanın ürək-damar sisteminin fəaliyyəti yaxşılaşır. Gəzinti turlarının yuxarıda göstərilən müsbət xüsusiyyətlərinin hamısı genişlənmiş damarların qarşısını almaq üçün ən yaxşı üsullardan biri adlandırıla bilər.

Düzgün qidalanma və pis vərdişlərdən imtina önəmlidir.

Bundan əlavə, “həyat tərzi” termini qidalanma və pis vərdişlərin olmasını da əhatə edə bilər. Düzgün qidalanma, şübhəsiz ki, sağlamlığın qorunması və saxlanılması üçün mühüm amildir. Əsasən, varikoz genişlənmiş damarların qarşısının alınması üçün fleboloq pəhriz saxlamağı və zərərli qidaları istisna etməyi məsləhət görür. Bu zaman ciddi bir pəhriz tələb olunmur. Düzgün qidalanmanın əsas məqsədi normal bədən çəkisi saxlamaq və zərərli qidaların qəbulunu aradan qaldırmaqdır. Zərərli qida məhsullarına misal olaraq, bədəndə suyun saxladığına və şişkinliyin inkişafına səbəb olduğuna görə müxtəlif növ turşu aid edilə bilər. Bundan əlavə, qidanın hazırlanması da çox vacibdir. Məsələn, qızardılmış qidalar buxarla hazırlanan yeməklərlə əvəz edilməlidir. Pəhriz rejiminə riayət etməklə, normal bədən çəkisi saxlanılacaq və aşağı ətraf varikoz genişlənmiş damarlarının inkişaf riski azalmış olacaqdır.

Pis vərdişlərə yalnız spirt və siqaret deyil, bir çox başqa şeylər də daxildir. Zərərli vərdişlər insan sağlamlığına mənfi təsir göstərir. Alkoqol, siqaret çəkmə və digər zərər verə biləcək fəaliyyətlərdən çəkinmək məsləhət görülür.

SUALLARINIZI HƏKİMLƏRİMİZDƏN SORUŞUN

Back To Top