Varikozun müalicəsi üçün hazırlıq
Hər hansı bir xəstəliyin müalicəsində olduğu kimi varikozun müalicəsi üçün də hazırlıq görmək qəribə olsa da, lakin lazımdır. Varikoz genişlənmiş damarların müalicəsinin hazırlıq mərhələsinə müayinələr aparmaq və lazımi analizləri toplamaq aiddir. Müalicə genişlənmiş damarların inkişaf mərhələsinə əsasən bir fleboloq tərəfindən təyin edilir. Müalicə üsulunu təyin edərkən, hazırlıq üçün çox vaxt tələb olunmur.
Varikozun müalicəsi zamanı konservativ üsulllar hansılardır?
Konservativ müalicədə əsasən sıxılma trikotajından istifadə olunur. Sıxılma trikotajları damarlardakı təzyiqin bərabər şəkildə bölüşdürülməsinə imkan verir. Bununla da aşağı ətraflarda qan axınını normallaşdırmaq mümkün olur. Bu halda yalnız trikotajın ölçüsünü və sıxılma sinfini düzgün seçmək lazımdır. Sıxılma trikotajının ölçüsü və sinfi müstəqil olaraq müəyyən edilə bilməz. Sıxılma sinfi həkim tərəfindən müəyyən edilir və reseptlə təyin edilir. Tibb işçiləri ayaqların həcmini ölçür və əldə olunan məlumatlara əsaslanaraq, pasiyentə trikotajlar verilir.
Ayrıca konservativ müalicə üsuluna dərmanlar da daxildir. Varikoz genişlənmiş damarlar üçün istifadə olunan dərman müalicəsi hər hansı bir analiz tələb etmir. Preparatlar toplanmış anamnez əsasında fleboloq tərəfindən seçilir. Məsələn, mədə-bağırsaq sisteminin patologiyasına flebotonik qrupundan bəzi dərmanlar əks göstəriş ola bilər. Lakin varikozun müalicəsi müstəqil şəkildə sadəcə dərman qəbul edərək aparıla bilməz. Bu məsələni mütəxəssislərə həvalə etmək lazımdır.
Varikoz əməliyyatları üçün hazırlığa nələr daxildir?
Varikoz xəstəliyinin konservativ müalicəsinə əlavə olaraq, əməliyyat metodları da vardır. Varikozun cərrahi müalicəsinə hazırlıq bir qədər daha uzun müddət tələb edir. Hansı prosedurların həyata keçiriləcəyinə bağlı olaraq hazırlıq müddəti dəyişə bilər. Endovasal Lazer Ablasiyası, Miniflebektomiya, Radiofrekans Ablasiyası kimi üsullardan əvvəl bəzi analizlər tələb olunur. Fleboloq ilə məsləhətləşmədən sonra lazım olan analizlərin siyahısı verilir. Ümumiyyətlə isə hazırlığa aşağıdakılar daxildir:
- Qan analizi;
- EKQ edilməsi;
- İnfeksiya təhlili (HİV, hepatit və s.);
- Qan laxtalanması.
Bu analizlər və müayinələr əməliyyatdan sonrakı dövrdə mümkün olan hər hansı bir fəsadın inkişaf etmədən, mümkün qədər qarşısının alınması üçün zəruridir. Məsələn, qanın ümumi analizi bədəndə iltihabi proseslərin mövcudluğunu istisna etməyə imkan verir. EKQ araşdırması ürək xəstəliyini istisna etmək üçün lazımdır. Hər hansı bir cərrahi müdaxilədən əvvəl qan laxtalanması qiymətləndirilməlidir. Bu analizlərin nəticələri qan dövranı sistemini qiymətləndirməyə imkan verir. Patoloji vəziyyət aşkar edildikdə əməliyyat bir müddətlik ləğv edilə və ya təxirə salına bilər.